Bank Of Baku

Boban Babunski: “Azərbaycanla yoldaşlıq oyunu bizim üçün xüsusi əhəmiyyət daşıyır”

Boban Babunski: “Azərbaycanla yoldaşlıq oyunu bizim üçün xüsusi əhəmiyyət daşıyır”
# 09 avqust 2011 15:09 (UTC +04:00)
Bakı – APA. “Komandamız hazırda Bakıdadır. Sabah Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcəyik və bu görüş bizim xüsusi əhəmiyyət daşıyır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Makedoniya yığmasında baş məşqçisi vəzifəsini icra edən Boban Babunski deyib.

Bu posta müvəqqəti təyin edilən gənc makedoniyalı mütəxəssis sabah yığmasını Azərbaycanla yoldaşlıq görüşünə çıxaracaq.

Babunski “Dalğa Arena”da keçiriləcək həmin oyunun vacibliyini bu cür izah edib: “Azərbaycan yığması ilə oyun komandanın çatışmayan cəhətlərini görmək baxımından çox vacibdir. Çatışmayan cəhətlərimizi görmək üçün bu görüş bizim üçün əla şansdır. Çünki sabahkı qarşılaşma 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi üçün də bizə çox kömək edəcək”.

Qeyd edək ki, Makedoniya yığması yeni baş məşqçi Con Toşakı bu ayın sonunda təqdimat mərasimini keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR