Bank Of Baku

“Neftçi” klubunun futbolçuları milli komandadan imtina etdilər

“Neftçi” klubunun futbolçuları milli komandadan imtina etdilər
# 16 avqust 2011 10:05 (UTC +04:00)
Bakı – APA. “Neftçi” klubunun makedoniyalı futbolçuları İqor Mitreski və Slavço Georgiyevski yığma karyeraları ilə bağlı qərar veriblər. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçular millidə çıxışlarını başa vurmağı üstün tutublar.

“Neftçi”yə ötən yay gələn Mitreski ilə Georgiyevski bunu gənc futbolçuların yığmaya düşmələrinə imkan yaradılmağı ilə əsaslandırıblar.

Makedoniya yığmasında millimizlə yoldaşlıq görüşündən sonra baş məşqçi postunda dəyişiklik edilərək, təcrübəli uelsli mütəxəssis Con Toşak gətirilib.

Qeyd edək ki, 31 yaşlı Slavço millimizə Bakıda 1:0 hesabı ilə qalib gəldikləri oyunun 2-ci hissəsində meydana daxil oldu. Ondan 1 yaş böyük olan İqor isə zədə üzündən həmin görüşdən kənar qaldı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR