Bank Of Baku

“Qalatasaray” Abdel Kader Keita və Engin Baytarı transfer edib

“Qalatasaray” Abdel Kader Keita və Engin Baytarı transfer edib
# 17 avqust 2011 07:38 (UTC +04:00)
APA-nın məlumatına görə, İstanbul klubu sabiq futbolçusu Abdel Kader Keitanı “Əl Saad” klubundan 1 il müddətinə icarəyə götürüb. Keita yaxın günlərdə İstanbula gələrək rəsmi müqavilə imzalayacaq, daha sonra “Qalatasaray”ın Sloveniyadakı təlim-məşq toplanışına qatılacaq.
“Qalatasaray” dünən daha bir transfer gerçəkləşdirib. “Trabzonspor”un sabiq kapitanı Engin Baytar növbəti mövsümdən “sarı-qırmızı” forma geyəcək. “Qalatasaray” Engin Baytarın transferi üçün “Trabzonspor”a 1,25 milyon avro ödəyəcək. Xatırladaq ki, bu, “Qalatasaray”ın yaya mövsümündə “Trabzonspor”dan transfer etdiyi üçüncü futbolçudur. İstanbul klubu bundan əvvəl “Trabzonspor”dan Ceyhun Gülselam və Səlcuk İnanı transfer edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR