Bank Of Baku

Türkiyə Futbol Federasiyası «Fənərbaxça»nı Çempionlar Liqasında iştirakına icazə verməyib

Türkiyə Futbol Federasiyası «Fənərbaxça»nı Çempionlar Liqasında iştirakına icazə verməyib
# 24 avqust 2011 18:22 (UTC +04:00)
Bakı-APA. Türkiyə Futbol Federasiyası (TFF) «Fənərbaxça» klubunun bu mövsüm UEFA Çempionlar Liqasına qatılmaqdan kənar edilməsinə qərar verib. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir.
İdarə Heyətinin növbədənkənar toplantısının ardından verilən açıqlamada deyilir: «TFF İdarə Heyətinin keçirdiyi növbədənkənar toplantıda həm «Fənərbaxça»nın məruz qala biləcəyi ağır intizam cəzaları, həm də Türkiyə Futbol Federasiyasının, yəni ölkəmizin məruz kala biləcəyi intizam cəzaları göz önünə alınaraq, «Fənərbaxça» Spor Klubunun bu mövsüm UEFA Çempionlar Liqasına qatılmaqdan kənar edilməsinə qərar verilmişdir».

Qeyd edək ki, müvafiq tələblə TFF-na UEFA müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR