Bank Of Baku

«Fənərbaxça» TFF-nın qərarını «hüquqa zidd» adlandırıb

«Fənərbaxça» TFF-nın qərarını «hüquqa zidd» adlandırıb
# 24 avqust 2011 18:47 (UTC +04:00)
Bakı-APA. «Fənərbaxça» klubu Türkiyə Futbol Federasiyasının (TFF) klubu bu mövsüm UEFA Çempionlar Liqasına qatılmaqdan kənarlaşdırmasına sərt reaksiya verib. Klubun saytına yerləşdirilmiş açıqlama «Türk futbolunu atəşə atdılar» başlığı ilə verilib. Açıqlamada «Hüquq tanımaz yanaşmaların məsuliyyəti bu qərarları verən və verdirənlərin çiyninə düşür», deyə bildirilir.

«TFF bu qərarı ilə, UEFA-nın hüquqa zidd yanaşmasına boyun əymiş, Türkiyənin bir hüquq dövləti olduğunu və öz hüquqi prosesini özünün aparmağa qadir olduğunu söyləməkdə aciz qalmışdır. Hüquqa söykənməyən bu addıma qarşı həm UEFA-ya, həm də TFF-na qarşı hər cür qanuni haqlarımızdan istifadə etmək istiqamətindəki əzmimizi Türk idman ictimaiyyəti ilə paylaşmağı özümüzə borc bilirik».

Qeyd edək ki, klubun bu mövsüm UEFA Çempionlar Liqasına qatılmaqdan kənarlaşdırılması tələbilə TFF-na UEFA müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR