Bank Of Baku

Çempionlar Liqasında «Fənərbaxça»nı «Trabzonspor» əvəz edəcək

Çempionlar Liqasında «Fənərbaxça»nı «Trabzonspor» əvəz edəcək
# 24 avqust 2011 21:37 (UTC +04:00)
Bakı-APA. UEFA Çempionlar Liqasından kənarlaşdırılan «Fənərbaxça»nı bu yarışda «Trabzonspor» əvəz edəcək. Bu barədə məlumat UEFA-nın saytında yerləşdirilib. «Trabzonspor» klubu Çempionlar Liqası qrup püşkatmalarında yer alacaq. Püşkatma mərasimi sabah 19.45-də başlayacaq. «Trabzonspor» 2010-2011-ci ilə mövsümündə Türkiyə Superliqasında ikinci yeri tutmuşdu.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası (TFF) «Fənərbaxça» klubunun bu mövsüm UEFA Çempionlar Liqasına qatılmaqdan kənarlaşdırmaq barədə qərar verib.

Sabah keçirilməli olan Avropa Liqası çərçivəsində Trabzonspor-Atletik Bilbao oyunu isə ləğv edilib. Atletik Bilbaonun Avropa Liqasında birbaşa qrupda oynaması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR