Bank Of Baku

Mehmet Əli Aydınlar: «Biz cəza verməsəydik, UEFA «Fənərbaxça»nı 8 illik cəzalandıra bilərdi»

Mehmet Əli Aydınlar: «Biz cəza verməsəydik, UEFA «Fənərbaxça»nı 8 illik cəzalandıra bilərdi»
# 24 avqust 2011 22:42 (UTC +04:00)
Bakı-APA. Türkiyə Futbol Federasiyası başqanı Mehmet Əli Aydınlar qurumun “Fənərbaxça” klubu UEFA Çempionlar Liqasına qatılmaqdan kənarlaşdırması barədə qərarı haqqında fikirlərini «Habertürk» kanalında yayımlanan «Təkətək» proqramında Fatih Altaylıya bölüşüb.

Aydınlar «əgər biz bu qərarı verməsəydik, UEFA daha sərt qərar verəcəkdi. Bizim qərarımızla «Fənərbaxça» 1 ilini itirib, UEFA-nın qərarı ilə isə 8 illik cəza ala bilərdi. «Beşiktaş»ın Türkiyə kubokunu qaytarması barədə qərar UEFA-ya müsbət təsir etdi. «Fənərbaxça»ya da analoji addımlar atmasını, UEFA ilə görüşməsini təklif etdik, lakin bunu etmədilər», deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR