Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb
# 26 avqust 2011 14:13 (UTC +04:00)
Bakı – APA. Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə yeganə təmsilçisi olan “Beşiktaş” çətin qrupa düşüb.

İstanbul təmsilçisinin rəqiblərindən biri “Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran Təl-Əviv “Makkabi”si olub. Digər rəqib Kiyev “Dinamo”sunu “Qara qartallar” üçün arzuolunmaz komanda saymaq olar. Çünki istanbulluları ötən mövsüm Avroliqadan məhz bu komanda çıxardı. “Stok Siti” isə “Böyük beşlik” təmsilçisi olduğundan, ingilislər də güclü rəqib sayılır.

A qrupu: "Tottenhem" (İngiltərə), "Rubin" (Rusiya), PAOK (Yunanıstan), "Şemrok Rovers" (İrlandiya).

B qrupu: "Kopenhagen" (Danimarka), "Standard" (Belçika), "Hannover" (Almaniya), "Vorskla" (Ukrayna)

C qrupu: PSV (Hollandiya), "Hapoel" (Təl Əviv, İsrail), "Rapid" (Rumıniya), "Leqiya" (Polşa)

D qrupu: "Sportinq" (Portuqaliya), "Latsio" (İtaliya), "Sürix" (İsveçrə), "Vaslui" (Rumıniya)

E qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Beşiktaş" (Türkiyə), "Stok Siti" (İngiltərə), "Makkabi" (Təl Əviv, İsrail),

F qrupu: PSJ (Fransa), "Atletik" (İspaniya), "Zalsburq" (Avstriya), "Slovan" (Slovakiya)

G qrupu: AZ (Hollandiya), "Metallist" (Ukrayna), "Austriya" (Avstriya), "Malmö" (İsveç)

H qrupu: "Braqa" (Portuqaliya), "Brügge" (Belçika), "Birmingem" (İngiltərə), "Maribor" (Sloveniya)

İ qrupu: "Atletiko" (İspaniya), "Udineze" (İtaliya), "Renn" (Fransa), "Syon" (İsveçrə)

J qrupu: "Şalke" (Almaniya), "Styaua" (Rumıniya), "Makkabi" (Hayfa, İsrail), AEK (Kipr)

K qrupu: "Tvente" (Hollandiya), "Fulhem" (İngiltərə), "Odense" (Danimarka), "Visla" (Polşa)

L qrupu: "Anderlext" (Belçika), AEK (Yunanıstan), "Lokomotiv" (Rusiya), "Şturm" (Avstriya)

Qeyd edək ki, sentyabrın 15-də startı veriləcək qrup mərhələsinin oyunları dekabrın 15-də yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR