Bank Of Baku

Olaf Yansen: “Qazaxıstan yığması seçmə mərhələnin əvvəlindəki komanda deyil”

Olaf Yansen: “Qazaxıstan yığması seçmə mərhələnin əvvəlindəki komanda deyil”
# 05 sentyabr 2011 11:01 (UTC +04:00)
Bakı – APA. “Belçika ilə oyunun nəticəsi çoxları üçün gözənilməz oldu. Onlar Bakıya qrup 2-cisi kimi gəldiklərindən 3 xalla qayıdacaqlarına arxayın idilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen deyib.

Almaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla sabahkı oyunu ərəfəsində keçirilən mətbuat konfransında bu dəfə də səhhətindəki problemi əsas gətirib tədbirə qatılmayan həmyerlisi, baş məşqçi Berti Foqtsu əvəz edərək rəqib haqda danışıb: “Qazaxıstanla sabahkı matçda bizə asan olmayacaq. Komandamızı çətin oyun gözləyir. Qazaxıstan yığması seçmə mərhələnin əvvəlindəki komanda deyil, xeyli güclüdür. Avstriyaya son dəqiqələrdə uduzan komandanı Türkiyə ilə oyunda da gördüm. Onlar uzatma dəqiqələrində qol vurub Türkiyəni də məğlub edə bilərdilər. Güclü müdafiə xətləri, Ostapenko və Qridin kimi hücumçuları var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR