Bank Of Baku

AFFA braziliyalı hücumçunun “Bakı”da oynamasına icazə verib

AFFA braziliyalı hücumçunun “Bakı”da oynamasına icazə verib
# 06 sentyabr 2011 10:06 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Bakı” klubunun braziliyalı legioneri Jaba kimi tanınan Silvino Joao De Carvalyonun məsələsinə baxılıb.

Məsələ ondadır ki, bu il mayın 17-də FİFA tərəfindən AFFA-ya ünvanlanan No 100094 saylı məktubda “Bakı”nın hücumçusunun Braziliyanın “İtuano Sociedades de Futebol” klubuna olan borcunun faiz hissəsinin mayın 25-nə kimi ödənilməsi göstərilmişdi. Lakin futbolçu göstərilmiş tarixə kimi nəzərdə tutulan məbləği ödəmədiyi üçün FİFA futbolçunun oyunlarda iştirakına qadağa qoymuşdu. Həmin qərara uyğun olaraq, AFFA-nın İntizam Komitəsi də onun AFFA bayrağı altında keçirilən yarışlarda meydana çıxmasına veto qoymuşdu.

İyulun 27-də isə FİFA-nın AFFA-ya ünvanladığı məktubunda Jabanın əvvəlki klubuna olan borcunu tam şəkildə ödədiyi üçün futbolçuya qoyulmuş sanksiyaların FİFA tərəfindən ləğv edildiyi göstərilmişdi.

Bunları nəzərə alan AFFA İntizam Komitəsi mayın 20-də Jaba haqqında çıxardığı qərarı ləğv edərək braziliyalıya qurumun bayrağı altında keçirilən yarışlarda iştirak etməyə icazə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR