Bank Of Baku

Miroslav Beranek: “Müdafiədə səhvlərə yol verdik”

Miroslav Beranek: “Müdafiədə səhvlərə yol verdik”
# 07 sentyabr 2011 07:09 (UTC +04:00)
Bakı – APA. “İki fərqli hissə izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek deyib.

O Avro-2012-nin seçmə mərhələsinin Bakıdakı oyununda Azərbaycan milli komandasına 2:3 hesablı yenilgini belə izah edib: “Birinci hissədə 1 qol vurduq, fasilədən sonra 3 qol buraxdıq. Müdafiədə səhvlərə yol verdik. Fasilədə oyunçulara fəal olmağı tapşırsaq da meydanda bunu görmədik. 2-ci hissədə çoxlu top itirdik. Əvəzetmə ilə vəziyyəti düzəltməyə çalışdıq. Lakin buna nail olmadıq. Türkiyə ilə matçda çox güc itirdik. Bu da bugünkü qarşılaşmada təsirsiz ötüşmədi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR