Bank Of Baku

Azərbaycanın gənclərdən ibarət milli futbol komandası növbəti görüşdə də məğlub olub

Azərbaycanın gənclərdən ibarət milli futbol komandası növbəti görüşdə də məğlub olub
# 07 sentyabr 2011 07:17 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, VIII seçmə qrupunda mübarizə aparan Azərbaycan yığması (U-21) startdakı 2-ci matçını səfərdə keçirərək Belçika millisinin qonağı olub. Almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri erkən qol buraxdıqdan sonra hesabı bərabərləşdirsələr də, hesabı sonadək qoruya bilməyib. Meydan sahibləri daha 3 qol vuraraq yığmamızı darmadağın edib – 4:1.

Bu, millimizin ardıcıl 2-ci acınacaqlı yenilgisidir. 5 gün əvvəl İngiltərədə 6 cavabsız qol buraxan komandamız 6 gün ərzində 2 dəfə uduzmaqla yanaşı qapılarında 10 qol görüblər. Bu 10 qola 1 dəfə cavab verən futbolçularımız artıq neçə illərdi formalaşan “ən zəif yığmamız – U-21-dir” fikrini növbəti dəfə təsdiqləyib.

VIII qrup

21:00. BELÇİKA – AZƏRBAYCAN - 4:1
QOLLAR: Bruno, 2, İmamverdiyev, 22, Mertens, 35, Menye, 81, Benteke, 83
Baş hakim: İvan Kruqlyak (Slovakiya)
Antverpen. Olimpiya stadionu
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR