Bank Of Baku

UEFA-nın rəsmi saytı: Azərbaycan millisi iyunda Astanada Qazaxıstana məğlubiyyətin əvəzini çıxdı

UEFA-nın rəsmi saytı: Azərbaycan millisi iyunda Astanada Qazaxıstana məğlubiyyətin əvəzini çıxdı
# 07 sentyabr 2011 09:04 (UTC +04:00)
APA-nın məlumatına görə, UEFA-nın internet saytı 2012-ci il futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində ötən gün keçirilən Azərbaycan-Qazaxıstan görüşünə belə bir şərh verib. Azərbaycanın 3-2 hesablı qələbəsinin oyunçuların əzmkarlığı sayəsində təmin edildiyi qeyd edən sayt erkən məcburi oyunçu dəyişikliyin belə buna mane olmadığını yazıb.

Tofiq Bəhramov adına stadionundakı oyunun maraqlı keçdiyini qeyd edən UEFA öncə qazaxların önə keçdiyini, lakin növbəti 15 dəqiqə ərzində Rauf Əliyev, Mahir Şükürov və Vaqif Cavadovdan dalbadal gələn üç qolun oyunun taleyini həll etdiyini yazıb. Qazaxıstan üzərində qələbənin Berti Fogtsun komandası üçün bu qrupda ikinci qələbə olduğunu yazan sayt bu qalibiyyətdən sonra Azərbaycanla Qazaxıstan arasında xal fərqinin dördə çatdığını xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR