Bank Of Baku

“Avropa Klubları Assosiyasiyası” “Bakı” futbol klubunu “İlin ən yaxşı qeyri-idman nailiyyəti” nominasiyasında qalib elan edib

“Avropa Klubları Assosiyasiyası” “Bakı” futbol klubunu “İlin ən yaxşı qeyri-idman nailiyyəti” nominasiyasında qalib elan edib
# 07 sentyabr 2011 09:40 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Azərbaycanın “Bakı” futbol klubu Avropa qitəsində mötəbər “Avropa Klubları Assosiyasiyası” tərəfindən “İlin ən yaxşı qeyri-idman nailiyyəti” nominasiyasında qalib elan olunub. APA-nın “Avropa Klubları Assosiyasiyasının” saytına istinadən verdiyi məlumata görə, digər nominasiyalarda İspaniyanın “Barselona” (“İlin ən yaxşı klubu”), Portuqaliyanın “Braqa” (“İlin ən yaxşı tərəqqisi”), Şotlandiyanın “Seltik” (“İlin ən yaxşı sosial və icma proqramı”) klubları qalib seçilib.

Azərbaycan klubu isə bu nufuzlu mükafata gənc futbolçuların yetişdirilməsi səylərinə görə alıb. “Bakı” futbol klubu Azərbaycanda gənc oyunçuların inkişafı üçün yeni standardların tətbqi sayəsində klubun və ümumilikdə Azərbaycan futbolunun faydalanacağı 400 nəfərilik futbol akademiyasının təsis edilməsinə görə mükafatlandırılıb. Xatırladaq ki, qərargahı İsveçrədə yerləşən “Avropa Klubları Assosiyasyasında” qitənin 200-ə yaxın futbol klubu təmsil olunur və quruma Almaniyanın futbol əfsanəsi Karl Xaynts Rummeniqe rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR