Bank Of Baku

Daha bir azərbaycanlı şahmatçı Dünya Kubokunun 1/4 final mərhələsinə yüksəlib

Daha bir azərbaycanlı şahmatçı Dünya Kubokunun 1/4 final mərhələsinə yüksəlib
# 08 sentyabr 2011 15:14 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/4 finala yüksələn zəka sahiblərinin adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysterlərindən Teymur Rəcəbovun ardınca Vüqar Həşimov da adını 1/4 finalçılar sırasına yazdırıb.

1/8 final səddini ilk 2 oyundan sonra adlayan Rəcəbovdan fərqli, Həşimov növbəti mərhələyə yüksəlmək şansını tay-brekdə reallaşdırıb. Danimarkalı Peter Xayne Nilsenlə 1:1-lik bərabərlikdən sonra şahmatçılar münasibətlərini bu gün ayırd ediblər.

Lakin yenə rəqiblər qalibi çətinliklə müəyyənləşdirib. Belə ki, klassik sistemlə baş tutan 2 oyun, ardınca isə 25 dəqiqəlik 2 partiya sülhlə bitib. Görüşün taleyinə 10 dəqiqəlik matçlarda aydınlıq gəlib. Həşimov hər 2 partiyada qalib gələrək bugünkü duelin ümumi hesabında 4:2 hesabı ilə üstün olub. Bununla da ¼ finaldakı təmsilçilərimizin sayı 2-yə çatıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları sabah, 2-ci oyunları sentyabrın 10-da baş tutacaq. Tay-brekə ehtiyac olarsa bu matçlar -ayın 11-də oynanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR