Bank Of Baku

Dünya kubokunun 1/4 finalında Azərbaycan şahmatçıları ukraynalılarla qarşılaşacaq

Dünya kubokunun 1/4 finalında Azərbaycan şahmatçıları ukraynalılarla qarşılaşacaq
# 08 sentyabr 2011 16:16 (UTC +04:00)
Bakı - APA. Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final cütlərinin tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri Teymur Rəcəbov və Vüqar Həşimovun sabah ilk oyunda qarşılaşacağı şahmatçının adı məlum olub. Onların hər ikisi Ukraynadan olan rəqibi ilə görüşəcək.

Rəcəbov bu gün keçirilən tay-brekdə qalib gələn ukraynalı Vasili İvançukla münasibətlərini aydınlaşdıracaq. Həmyerlimizin rəqibi 1/8 finalda Bu Syancini (Çin) məğlub edib. Əsas görüşdə heç-heçə oynayan İvançuk (1:1) bu dəfə hər 2 oyunu qələbə ilə başa vurub.

Bu gün istirahət edən Teymurdan fərqli Həşimov da rəqibi kimi tay-brekdə 1/4 finala çıxıb. Onun rəqibi ukraynalı Ruslan Ponomaryovla kubalı Lazaro Bruzonun qarşılaşmasında müəyyənləşib. Əsas 2 partiyadan sonra qalibi müəyyən edə bilməyən şahmatçılar bu gün 8 dəfə üz-üzə gəliblər. Klassik, 25 dəqiqəlik, hətta 10 dəqiqəlik 2 partiya da kimin güclü olduğunu müəyyənləşdirməyib. Yalnız 5 dəqiqəlik oyunlarda üstün olan (1,5:0,5) Ponomaryov təmsilçimizə rəqib olub.

Qeyd edək ki, şahmatçılarımızın Ukraynadan olan rəqibləri ilə 1/4 final mərhələsinin ilk dueli sabah baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR