Bank Of Baku

Azad Rəhimov: “Dünya çempionatının Bakıda keçirilməsi Qafqazda ilk belə hadisədir”

Azad Rəhimov: “Dünya çempionatının Bakıda keçirilməsi Qafqazda ilk belə hadisədir”
# 09 sentyabr 2011 12:22 (UTC +04:00)
Bakı – APA. “2012-ci ildə Azərbaycanda daha bir mötəbər yarış keçiriləcək. FİFA U-17 qızlar arasında dünya çempionatına ölkəmiz ev sahibliyi edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov deyib.

Bu gün mətbuat konfransı keçirən nazir arxada qalan müddətdə görülən işlərlə bağlı hesabat verib. O, görüləcək işlər haqda danışarkən FİFA U-17 qızlar arasında ölkəmizdə keçiriləcək dünya çempionatına da toxunub: “Bu Qafqaz ölkələrində ilk belə hadisədir. Ona görə də çempionatın yüksək səviyyədə keçirilməsi üçün həm nazirlik, həm də assosiasiya köməyini əsirgəməyəcək”.

Təşkilati işlərə gəldikdə, Rəhimov yaxın günlərə geniş tərkibli iclasın keçiriləcəyini vurğulayıb: “Biz həm FİFA, həm də UEFA rəhbərliyi ilə görüşmüşük. Əsas odur ki, çempionatın ölkəmizdə keçirilməsi təsdiqlənib. Hələlik təşkilati işlərlə AFFA-nın baş katibi Elxan Məmmədov məşğul olur. Yaxın günlərdə böyük heyətdə təşkilat komitəsi yaradılacaq və işlərin bölgüsü aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR