Bank Of Baku

Avropa çempionatının final mərhələsində futzal üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Avropa çempionatının final mərhələsində futzal üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib
# 09 sentyabr 2011 13:13 (UTC +04:00)
Bakı – APA. Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tarixində 2-ci dəfə qitənin ən güclü 12 komandası arasında yer alan Azərbaycan yığmasının qrupdakı rəqibləri məlum olub.

Final mərhələsinin təşkil edən ölkənin - Xorvatiyanın Zaqreb şəhərində baş tutan tədbirdə Joze Alessio da Silvanin yetirmələri D qrupuna düşüblər. Yığmamız 1/4 finala 2 vəsiqə uğrunda Portuqaliya və Serbiya ilə mübarizə aparacaq.

A qrupu: Xorvatiya, Çexiya, Rumıniya

B qrupu: İspaniya, Ukrayna, Sloveniya

C qrupu: İtaliya, Rusiya, Türkiyə

D qrupu: Portuqaliya, Serbiya, Azərbaycan

Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2012-ci ilin fevralında Xorvatiyada təşkil olunacaq. Təmsilçilərimiz ilk görüşlərin Portuqaliya yığmasına qarşı keçirəcək. Bu matç fevralın 1-də baş tutacaq. Portuqaliyalılarla oyundan 2 gün sonra isə Serbiya ilə oynayacağıq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR