Bank Of Baku

Azərbaycanlı hüquqşünas UEFA nümayəndəsi təyin olunub

Azərbaycanlı hüquqşünas UEFA nümayəndəsi təyin olunub
# 12 sentyabr 2011 13:05 (UTC +04:00)
Bakı-APA. UEFA-nın qərarına əsasən, oyun alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq məqsədilə şəbəkə yaradılır. Apasport.az saytının məlumatına görə, bu qərara uyğun olaraq, UEFA-nın üzvü olan bütün milli assosiasiyalarda oyunların alqı-satqısının və qanunsuz futbol mərc oyunlarının qarşısını almaq üçün UEFA tərəfindən nümayəndə təyin olunub.

AFFA-da bu məsələ ilə bağlı UEFA-nın nümayəndəsi AFFA-nın hüquqşünası Rəmiş Təzəxan oğlu Malıyev təyin edilib. Şəbəkənin fəaliyyətə başlaması ilə əlaqədar, sentyabr 14-15-də İsveçrənin Nyon şəhərində UEFA-nın ilk işçi seminarı keçiriləcək. Həmin seminarda Rəmiş Malıyev də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR