Bank Of Baku

AFFA ingiltərəli məşqçini cəzalandırdı

AFFA ingiltərəli məşqçini cəzalandırdı
# 13 sentyabr 2011 10:23 (UTC +04:00)
Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda Premyer Liqanın V turunda baş verən hadisələr müzakirə olunub.

“Xəzər Lənkəran”– “Neftçi” matçının 72-ci və 90-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün lənkəranlılar 2 min manat cərimə olunub. “İnter” – “Simurq” matçında meydan sahiblərinin 5, “Bakı” – “Rəvan” oyununda isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 1000 manat ziyana düşüb.

Bundan başqa, oyunun 48-ci dəqiqəsində “Rəvan”ın üzvü Tagim Novruzov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb və klubunu 4000 manat xərcə salıb.

“Qəbələ” – “Turan” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar 1000 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Qəbələ”nin ingiltərəli məşqçisi Qari Stivens texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 1000 manat cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR