Bank Of Baku

Mehman Allahverdiyev: “Yaxşı futbolçu almaq üçün yaxşı maliyyə lazımdır”

Mehman Allahverdiyev: “Yaxşı futbolçu almaq üçün yaxşı maliyyə lazımdır”
# 14 sentyabr 2011 09:00 (UTC +04:00)
Bakı – APA. “Biz bütün görüşlərə sanki Avropa Liqasının oyunu kimi hazırlaşırıq. Rəqibləri heç vaxt güclü və ya zəif kateqoriyaya bölmürük”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Cari mövsümdə keçirdiyi 5 oyunun üçündə qələbə qazanan və hazırda turnir cədvəlinin III pilləsində qərarlaşan Gəncə təmsilçisinin bu cür çıxışı bir qədər gözlənilməz oldu. Xüsusilə, “Bakı” və AZAL üzərində qələbələr bir növ sürpriz kimi dəyərləndirildi.

Amma yayda elə də səs-küylü transferlər etməyən “Kəpəz”in bu cür çıxışı Allahverdiyev üçün gözlənilməz olmayıb: “Əsas odur ki, oyunlara ciddi yanaşırıq. Yayda çoxları deyirdilər ki, səviyyəsiz legionerlər transferlər edirlər və nəticə qazana bilməyəcəklər. Artıq həmin futbolçular da öz sözlərini deməyə başlayıblar. Həm də legioner futbolçunun transferi klubun büdcəsinə uyğun həyata keçirilir. Yaxşı futbolçu tapmaq çətin deyil, ancaq bunun üçün yaxşı maliyyə lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR