Bank Of Baku

İsrail Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını hesaba almadı

İsrail Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını hesaba almadı
# 14 sentyabr 2011 09:25 (UTC +04:00)
Bakı – APA. “Dünya çempionatının seçmə mərhələsində Rusiya və Portuqaliyanı qabaqlamaq çox çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail Futbol Federasiyasının prezidenti Avi Luzon deyib.

Braziliyada keçiriləcək DÇ-2014-ün seçmə mərhələsi haqda fikirlərini açıqlayan Luzon eyni qrupda yer aldıqları Azərbaycan yığmasını israillilər üçün əsas rəqib saymır: “Qrupumuzun iki favoriti var. Bunlar Rusiya ilə Portuqaliyadır. Lakin biz mümkün qədər çalışıb, onlarla mübarizə aparacağıq”.

Qeyd edək ki, Rusiya, Portuqaliya, İsrail və Azərbaycanla yanaşı, Şimali İrlandiya ilə Lüksemburq da Avropa zonasının F qrupunda yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR