Bank Of Baku

UEFA Avroliqanın mükafatlarını təsdiqlədi

UEFA Avroliqanın mükafatlarını təsdiqlədi
# 15 sentyabr 2011 15:35 (UTC +04:00)
Bakı – APA. UEFA Avroliqada çıxış edən klublara verəcəyi mükafatların məbləğini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, 2011/12 mövsümündə qitənin 2-ci dərəcəli yarışına qatılan komandalar ümumilikdə təxminən 150 min avro qazanacaqlar.

Kommersiya gəlirinin 200 min avro olacağını gözləyən UEFA bunun 75 faizini klublara paylayıb, yerdə qalan hissəsini ehtiyat fonduna qoyacaq. Qrup mərhələsinə çıxan komandalar bunun üçün 640, üstəlik, 6 oyunun hər biri üçün 60 min avro əldə edəcək. Qələbə əlavə 140 min, heç-heçə bunun yarısını gətirəcək.

1/16 finalda oynamaq 200, 1/8 finalçı olmaq 300 min əlavə xeyir gətirəcək. 1/4 finalın qiyməti 400, yarımfinalın isə 700 mindir. Bütün bu məbləğləri qazana-qazana finala çıxan kollektivlər isə daha da zənginləşə bilər. Belə ki, həlledici matçda qələbə 3, məğlubiyyət 2 milyon avro mükafat qazandıracaq.

Qeyd edək ki, yarışın qalibinin 6,44 milyon avro qazana biləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR