Bank Of Baku

Milli komandamız “Frankfurt”la yoxlama matçı keçirəcək

Milli komandamız “Frankfurt”la yoxlama matçı keçirəcək
# 16 sentyabr 2011 15:17 (UTC +04:00)
Bakı – APA. Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması (U-17) növbəti yoldaşlıq oyunu keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız sentyabrın 19-da “FSV Frankfurt” klubunun U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, bu toplanış çərçivəsində yığmamız ilk yoldaşlıq oyununda “Viktoria 01 Aschaffenburg” klubunun U-17 komandasına 6:0 hesablı ilə qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR