Bank Of Baku

Yığmamızın futbolçusu Avstriya və Türkiyəyə qarşı oyunları buraxacaq

Yığmamızın futbolçusu Avstriya və Türkiyəyə qarşı oyunları buraxacaq
# 19 sentyabr 2011 10:44 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının futbolçusu Rauf Əliyev Avro-2012-nin seçmə mərhələsinin oktyabrda keçiriləcək oyunlarında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, millimizin son 2 matçını qolsuz tərk etməyən futbolçu gələn ayın 7-də Avstriya, 11-də isə Türkiyə ilə qarşılaşmaları buraxmaq məcburiyyətində qalıb. Buna Raufun Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Xəzər Lənkəran” oyununda aldığı zədə səbəb olub.

Əliyev aldığı zədə səbəbindən ən azı 6 həftə meydana çıxa bilməyəcək. Görüşün 43-cü dəqiqəsində rəqib düşərgədən Elnur Allahverdiyevin zərbəsinə düçar olan Raufun diz qapağında qismən qopma meydana gəlib. Bu səbəbdən 22 yaşlı hücumçu noyabrda komandasına kömək edə biləcək. Həmin vaxtadək isə avro-2012-nin seçmə mərhələsi başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR