Bank Of Baku

“Rəvan” klubunun baş məşqçisi istefaya göndərilib

“Rəvan” klubunun baş məşqçisi istefaya göndərilib
# 20 sentyabr 2011 13:21 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan çempionatının 2011/12 mövsümündə ilk baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, “Rəvan” rəhbərliyi Bəhmən Həsənovla yollarını ayırıb. Premyer Liqanın debütantı ilk 6 turda qələbə qazana bilməməyin nəticəsi kimi baş məşqçini dəyişməyə qərar verib.

Qeyd edək ki, 2011/12 mövsümündə daha 2 istefa çempionat başlamamış qeydə alınmışdı.

AZAL Nazim Süleymanov, “Neftçi” Arif Əsədovla avrokuboklardakı uğursuzluğa görə yollarını ayırmışdı. Süleymanov postundan özü istefa vermişdisə, Əsədov vəzifəsindən kənarlaşdırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR