Bank Of Baku

AFFA milli komandamız üçün yeni rəqib tapıb

AFFA milli komandamız üçün yeni rəqib tapıb
# 21 sentyabr 2011 08:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan yığmasının daha bir beynəlxalq yoldaşlıq oyunu keçirməsi ilə bağlı AFFA tərəfindən aparılmış danışıqlar müsbət yekunlaşıb. Apasport.az saytının məlumatına görə, əldə olunmuş razılığa əsasən millimiz noyabrın 11-də səfərdə Albaniya ilə qarşılaşacaq.

Azərbaycan və Albaniya milliləri indiyədək 4 dəfə qarşılaşıb. 2000-ci il fevralın 8-də, Maltada təşkil olunmuş beynəlxalq turnir çərçivəsində keçirilən oyunda 1:0 hesabı ilə albaniyalı futbolçular qələbə qazanıblar. 2002-ci il martın 27-də və 2005-ci il avqustun 17-də Tiranada baş tutan matçda isə albanlar müvafiq olaraq, 1:0 və 2:1 hesablı qələbəyə seviniblər.

2008-ci il noyabrın 19-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Albaniya yoldaşlıq oyunu isə heç-heçə nəticələnib – 1:1.

Qeyd edək ki, “Qarabağ”ın futbolçuları Admir Teli, Ansi Aqolli və AZAL-da çıxış edən Ervin Bullku Albaniya yığmasının şərəfini qoruyur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR