Bank Of Baku

Azərbaycan yığması FİFA reytinqində 14 pillə irəliləyib

Azərbaycan yığması FİFA reytinqində 14 pillə irəliləyib
# 21 sentyabr 2011 10:21 (UTC +04:00)
Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ayla müqayisədə 14 pillə irəliləyən Azərbaycan yığması 359 xalla 98-ci mövqedə qərarlaşıb.

Komandamız buna Avro-2012-nin seçmə mərhələsinin son 2 oyunu sayəsində nail olub. Belçika (1:1) və Qazaxıstanla (3:2) keçirdiyi oyunlarda futbolçularımızın ümumilikdə 4 xal toplayaraq, qrupdakı xal ehtiyatını 7-yə çatdırması reytinqdə də əksini tapıb.

Qeyd edək ki, növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR