Bank Of Baku

Berti Foqts: “Yeni müqavilə barədə mənimlə danışan olmayıb”

Berti Foqts: “Yeni müqavilə barədə mənimlə danışan olmayıb”
# 22 sentyabr 2011 10:16 (UTC +04:00)
Bakı – APA. Berti Foqts Azərbaycan yığması ilə müqavilənin uzadılıb-uzadılmaması məsələsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, AFFA ilə müqaviləsinin gələn ilin yanvarında başa çatacağını söyləyən almaniyalı mütəxəssis anlaşmanın artırılmasından xəbərsiz olduğunu deyib: “Hələ ki, mənimlə bu haqda danışan olmayıb və deyəsən, danışmaq fikirləri də yoxdur”.
Azərbaycanlı futbolçuların beynəlxalq təcrübəsinin azlığından şikayətlənən Foqts xaricdə çıxış edən həmyerlilərimizin sayının çox az olduğunu deyib: “Bu, Azərbaycan üçün problemdir. Futbolçular ölkələrində digər vətəndaşlarla müqayisədə yaxşı qazandığından başqa yerə getmək istəmirlər. Mən futbolçulara öz layiqli işlərinə görə pul verilməsini istəyirəm, amma bunun qarşısını alanlar çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR