Bank Of Baku

Azərbaycan yığması noyabrın 15-də Kiprlə qarşılaşacaq

Azərbaycan yığması noyabrın 15-də Kiprlə qarşılaşacaq
# 22 sentyabr 2011 11:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri 2011-ci ildə son oyununu Kipr yığmasına qarşı keçirəcək.

Oktyabrda Avro-2012-nin seçmə mərhələsində Avstriya və Türkiyə ilə görüşəcək yığmamız noyabrdakı FİFA pəncərələrində yoxlama oyunlarında qüvvəsini sınayacaq. Noyabrın 11-də Albaniyanın qonağı olacaq komandamız oradan birbaşa Kiprə yola düşəcək. Bu komanda ilə matç isə ayın 15-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR