Bank Of Baku

“Bakı” klubunun futbolçusu Braziliya yığması ilə oyuna çağırılıb

“Bakı” klubunun futbolçusu Braziliya yığması ilə oyuna çağırılıb
# 27 sentyabr 2011 08:49 (UTC +04:00)
Bakı – APA. Kosta-Rika milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 7-də Braziliya ilə yoldaşlıq oyunu keçirəcək mərkəzi amerikalılar bu matça 22 futbolçu çağırıb.

“Bakı” klubunun üzvü Uinston Parks da məşhur Julio Sezara qol vurmaq üçün dəvət olunan 4 hücumçu sırasındadır.

Qeyd edək ki, uzun fasilədən sonra ötən ay milliyə çağırılan Parks ABŞ-la (1:0) görüşdə ehtiyatda qalıb, Ekvadorla matçda darmadağının səbəbkarlarından olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR