Bank Of Baku

UEFA Çempionlar Liqasının ikinci turunun ilk oyunları keçirilib

UEFA Çempionlar Liqasının ikinci turunun ilk oyunları keçirilib
# 27 sentyabr 2011 23:15 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turu çərçivəsində 8 oyun keçirilib.
APA-nın verdiyi xəbərə görə, B qrupunda Moskvada Mərkəzi Ordu İdman Klubu 2:3 hesabı ilə “İnter”ə uduzub. Bu qrupun digər matçında "Trabzonspor" "Lill" ilə heç-heçə oynayıblar - 1:1.

А qrupunda “Bavaria” - “Mançester Siti”yə, “Napoli” isə “Vilyareal”a 2:0 hesabı ilə qalib gəlib.

C qrupunda da maraqlı nəticələr qeydə alınıb. “Mançester Yunayted” klubu İsveçrənin "Basel" klubu qarşısında sensasion məğlubiyyətdən son dəqiqə vurduğu qolla qurtarıb - 3:3. Eyni qrupda Portuqaliyanın “Benfika” klubu səfərdə Rumıniyanın “Otelul” klubuna 1:0 hesabı ilə qalib qəlib.

D qrupunda “Lion” Zaqrebin Dinamo klubunu 2:0, Madridin “Real” klubu isə “Ayaks”ı 3:0 məğlub edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR