Bank Of Baku

Azərbaycan – Avstriya görüşünün hakimləri məlum oldu

Azərbaycan – Avstriya görüşünün hakimləri məlum oldu
# 28 sentyabr 2011 07:55 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya ilə oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, saat 21:00-da “Dalğa Arena”da keçiriləcək görüş Stefan Studerin rəhbərlik etdiyi isveçrəli hakimlər briqadasına tapşırılıb.

Ona Manuel Navarro, Sandro Pozzi və Alan Byeri yardımçı olacaq. Hakimlərin işinə italiyalı hakim-inspektor Luciano Luci qiymət verəcək. UEFA nümayəndəsi estoniyalı Oleq Harlamov təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR