Bank Of Baku

“Neftçi”nin futbolçusu İrəvana yollanır

“Neftçi”nin futbolçusu İrəvana yollanır
# 28 sentyabr 2011 08:44 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Makedoniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Con Toşak Avro-2012-nin oktyabrda keçiriləcək seçmə oyunlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.

Oktyabrın 7-də İrəvanda Ermənistan, 11-də Skopyedə Slovakiya ilə qarşılaşacaq Makedoniya millisinə Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu da çağırılıb. Bunlar “Neftçi”nin müdafiəçisi İqor Mitreski və AZAL-ın arxa xətt oyunçusu Robert Petrovdur.

Mitreskinin paytaxt təmsilçisindəki komanda yoldaşı Slavço Georgiyevski isə bu dəfə də heyətdən kənar qalıb.

Qeyd edək ki, Avro-2012-nin seçmə mərhələsində Slavço 5, İqor 4 oyun keçiribsə, Robert hələ meydana çıxmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR