Bank Of Baku

Roberto Karlos: “Mənim Vaqif Sadıqovla çox yaxşı münasibətim var”

Roberto Karlos: “Mənim Vaqif Sadıqovla çox yaxşı münasibətim var”
# 30 sentyabr 2011 10:09 (UTC +04:00)
Bakı – APA. “Sözün açığı, hələ özümü məşqçi hiss etmirəm. Amma qarşıma məşqçilər korpusunun üzvlərinə kömək etmək məqsədi qoymuşam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Anji” klubunun kapitanı Roberto Karlos deyib.

Hacı Hacıyevin istefaya göndərilməsindən sonra baş məşqçi əvəzi olan Andrey Qordeyevə yardımçı olmaq tapşırılan 38 yaşlı braziliyalı müdafiəçi oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

Braziliya yığmasının heyətində dünya çempionu olan Karlos “Anji”də təmsilçimiz - məşqçi Vaqif Sadıqovla haqda da fikir söyləyib. O, komandada saxlanılan 52 yaşlı çalışdırıcımızla işbirliyindən məmnundur: “Qordeyevlə tandem təşkil etmək perspektivinə əla baxıram. Onunla, habelə Vaqif və Arsenlə (digər məşqçi Arsen Akayev) də çox yaxşı münasibətlərim var. Ancaq mənim üçün həmişə əsas Andreylə tandemim olacaq. O, peşəkar məşqçidir, yetərincə zəngin təcrübəsi var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR