Bank Of Baku

Milli komandamız İspaniya yığmasına böyük hesabla uduzdu

Milli komandamız İspaniya yığmasına böyük hesabla uduzdu
# 30 sentyabr 2011 13:10 (UTC +04:00)
Bakı – APA. 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək IX seçmə qrupunda 2 matç keçirilib.

“Dalğa Arena”ya öncə Azərbaycan və Ukrayna yığmaları çıxıblar. Millimizi ilk dəfə rəsmi matça çıxaran almaniyalı baş məşqçi Sissi Raytın debütünü qonaqlar korlayıb. Belə ki, ukraynalılar 3 cavabsız qolla yığmamızı darmadağın ediblər.

Günün 2-ci oyunu daha məhsuldar keçib. Son 3 çempionatın finalçısı, son 2 yarışın qalibi olan İspaniya millisi debütant Bosniya və Herseqovinaya rəhm etməyib. Pireneylilər ilk 33 dəqiqədə qapısını toxunulmaz saxlayan balkanlıları sonrakı 47 dəqiqədə 6 dəfə məyus ediblər – 6:0.

Qeyd edək ki, ilk oyun günü 9 qolla başa çatan seçmə turnirin 2-ci turu oktyabrın 2-də baş tutacaq. Millimiz həmin gün Avropanın 2 ən titullu komandasından biri olan İspaniya ilə qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR