Bank Of Baku

UEFA Avropa çempionatının pley-off oyunlarının püşkünün vaxtını açıqlayıb

UEFA Avropa çempionatının pley-off oyunlarının püşkünün vaxtını açıqlayıb
# 01 oktyabr 2011 10:41 (UTC +04:00)
Bakı – APA. UEFA Ukrayna və Polşada keçiriləcək Avro-2012-in final mərhələsinə çıxmaq uğrunda pley-off oyunlarının püşkünün vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək püşkatma Bakı vaxtilə saat 16:00-da başlayacaq. Püşkatmada 9 qrupdan 8-də 2-ci yeri tutan komandalar iştirak edəcək. Məlum olduğu kimi, Avropa zonasında ən yaxşı 2-ci komanda qrup qalibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Qalan 8 komanda iki səbətə bölünəcək və onların tərkibi qrup mərhələsi bitəndən sonra əmsallara uyğun müəyyənləşəcək. Pley-off oyunları noyabrın 11-12-də və 15-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan milli komandasının yer aldığı A qrupunda 2-ci yerin sahibi Türkiyə və Belçika yığmalarından biri olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR