Bank Of Baku

Okan Buruk: “Azərbaycan və Almaniya ilə oyunlarda 4 xal qazanmalıyıq”

Okan Buruk: “Azərbaycan və Almaniya ilə oyunlarda 4 xal qazanmalıyıq”
# 03 oktyabr 2011 08:05 (UTC +04:00)
Bakı – APA. “Çox geniş heyətə malikik. Yığmamızda Almaniya və Azərbaycanla oyunlara hər mənada hazır olan futbolçularımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının koordinatoru Okan Buruk deyib.

Bu gün İstanbulda bir araya gəlib, Avro-2012-nin seçmə mərhələsinin Almaniya və Azərbaycanla keçiriləcək son 2 oyununa hazırlaşan “ay-ulduzlular”ın rəsmisi bu matçlarda iddialı olacaqlarını bildirib: “Bu 2 matçda 4 xal qazanmalıyıq. Bunu bacaracağımız halda, qrupda 2-ci yeri təmin edəcəyik”.

Qeyd edək ki, Türkiyə yığması oktyabrın 7-də Almaniya, 4 gün sonra Azərbaycan yığması ilə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR