Bank Of Baku

Tolqa Zəngin: “Almaniyadan 1 xal alsaq, Azərbaycanla oyunda qələbə gələcək”

Tolqa Zəngin: “Almaniyadan 1 xal alsaq, Azərbaycanla oyunda qələbə gələcək”
# 05 oktyabr 2011 10:09 (UTC +04:00)
Bakı – APA. “Almaniya ilə qarşılaşma çox çətin olacaq. Hesab edirəm ki, Azərbaycanla görüş də bizim üçün asan keçməyəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının qapıçısı Tolqa Zəngin deyib.

Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycanla ev oyunlarına dəvət alan “Trabzonspor”un kapitanı son anda zədə üzündən heyətdən kənarda qaldı.

Yığmasına mənəvi dəstək verən Tolqa bir çox həmkarları kimi, son 2 matçdan 4 xal gözləyir: “Almaniya ilə görüşdə ən azı bərabərliyə qalsaq, bundan sonra Azərbaycanla matçda qələbə gələcək. Bu, bizi daha üstün duruma gətirəcək. Pley-off oyunlarında da uğurlu olub, finala mərhələsinə gedəcəyimizə inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR