Bank Of Baku

Masallıda Qarabağ şəhidləri və Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib

Masallıda Qarabağ şəhidləri və Milli Qəhrəmanların xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib
# 06 oktyabr 2011 19:21 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Sentyabrın 16-dan Masallının Sərçuvar kəndindəki futbol meydançasında 22 komandanın iştirakı ilə start götürən Qarabağ şəhidləri və Milli Qəhrəmanların xatirəsinə həsr olunan mini-futbol üzrə rayon turniri bu gün başa çatıb. Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müvafiq bəndlərinin rayonda icrası, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirilən turnirin final mərhələsində Xıl, Musaküçə, Bədəlan kənd və Ərkivan qəsəbə komandaları görüşüblər. Gərgin keçən yarışda Ərkivan qəsəbə komandası I yeri, Bədəlan kənd komandası II yeri, Musaküçə kənd komandası isə III yeri tutub.
Qalib komandalar RİH başçısının və Rayon Gənclər və İdman İdarəsinin kubok, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR