Bank Of Baku

İsgəndər Cavadov: “Berti Foqts bu futbolçularla heç vaxt nəticə qazana bilməz”

İsgəndər Cavadov: “Berti Foqts bu futbolçularla heç vaxt nəticə qazana bilməz”
# 08 oktyabr 2011 12:10 (UTC +04:00)
Bakı – APA. “Azərbaycan milli komandasının zəif çıxışında kimisə günahkar saymaq fikrim yoxdur. Bilirsiniz, komandanın hər bir üzvü üzərinə düşəni dərk etməldir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan futbolunun veteranı İsgəndər Cavadov deyib.

Ötən əsrin 80-ci illərində Azərbaycan miqyasında ulduz sayılan veteran milli komandanın bərbad oyununun səbəbini futbolçuların ustalıq səviyyəsində, daha doğrusu səviyyəsizliyində görür: “Futbolçu bilməlidir ki, meydançaya kimin qarşısına çıxır. Berti Foqts Almaniya yığması ilə Avropa çempionu olub. Əlbəttə ki, bu uğurda futbolçuların da əməyi böyükdür. İndi Azərbaycanda yaxşı futbolçu azdır, seçim imkanı yoxdur. Foqts bu futbolçularla heç vaxt nəticə qazana bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR