Bank Of Baku

Berti Foqts: “Nə qədər ki, mən burdayam, Vaqif Cavadov milli komandada olmayacaq”

Berti Foqts: “Nə qədər ki, mən burdayam, Vaqif Cavadov milli komandada olmayacaq”
# 10 oktyabr 2011 15:25 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Türkiyədə keçirdiyi mətbuat konfransında deyib.

O, “Avro-2012”-nin seçmə mərhələsinin sabah Türkiyə ilə keçiriləcək son oyunu haqda fikirlərini açıqlayıb: “Türkiyə Azərbaycan üçün örnəkdir. Türk futbolundakı inkişaf göz qabağındadır”.

Almaniyalı mütəxəssis Bakıda qazanılan 1:0 hesablı qələbənin təsadüf olmadığını sübut etmək istədiklərini də bildirib: “Bakıda sensasion qələbə qazandıq. Biz istəyirik ki, burda da özümüzü yaxşı tərəfdən göstərək, oynaya bildiyimizi İstanbulda da sübut edək. Hesab edirəm ki, əvvəlki səfər oyunlarına baxanda, bu dəfə daha yaxşı oynayacağıq. Təəssüf ki, bu dəfə Rauf Əliyev bizə kömək edə bilməyəcək. Bundan başqa, yetirmələrim 4 gündən bir oynamaqda problemlə üzləşirlər. Lakin Türkiyə də böyük təzyiq altında olacaq”.

Foqts Vaqif Cavadovun yığmanın düşərgəsini özbaşına tərk etməsinə də münasibət bildirib: “Vaqifi bağışlamaq? O, bu hərəkətlə ölkəsinə münasibətini göstərdi. Nə qədər ki, burdayam, Vaqif millidə olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR