Bank Of Baku

Rəşad Sadıqov: “Türkiyə ilə oyunda bərabərlik, Belçikanın isə Almaniyaya uduzmasını istərdim”

Rəşad Sadıqov: “Türkiyə ilə oyunda bərabərlik, Belçikanın isə Almaniyaya uduzmasını istərdim”
# 10 oktyabr 2011 15:29 (UTC +04:00)
Bakı – APA. “İstərdik ki, Türkiyə də qrupdan çıxsın. Amma biz öz oyunumuzu oynayıb, nəticə qazanmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib. 29 yaşlı müdafiəçi “Avro-2012”-in seçmə mərhələsində Türkiyə yığması ilə sabahkı səfər oyununda rəqibə güzəştə getməyəcəklərini bildirib: “Neçə illərdir ki, öz meydanımızda yaxşı oynayırıq. Amma səfərdə çətinliklə üzləşirik. Bu dəfə çalışacağıq ki, fərqli nəticə olsun. Qazandığımız hər xal bizim üçün qızıla bərabərdir, reytinqimizi qaldırırıq. Biz də bilirik ki, Türkiyəyə xal lazımdır. İstərdik ki, bizimlə oyuna qədər “pley-off”a vəsiqə qazanaydılar. Sabah bizim oyunda bərabərlik, Belçikanın isə Almaniyaya uduzmasını istərdim”.

R. Sadıqov Türkiyənin məşhur futbol veteranı Sərgən Yalçının Azərbaycan yığması haqqında açıqlamalarına da münasibət bildirib: “Sərgən Yalçın belə danışmağa vərdiş edib. Onun dedikləri bizi maraqlandırmır. Biz öz bayrağımız altında oynayacağıq. Sabah müdafiədə boşluğa yol versək, bizim üçün yaxşı nəticələnməyə bilər. Qapalı futbol oynayacağıq. Erkən qol buraxmamağa çalışmalıyıq. Bizim işimiz onların hücumlarının qarşısını almaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR