Bank Of Baku

Berti Foqts Azərbaycan yağmasının son matçına şərh verib

Berti Foqts Azərbaycan yağmasının son matçına şərh verib
# 11 oktyabr 2011 21:19 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsindəki son oyunumuzu – Türkiyə ilə səfər oyununu şərh edib.
Azerisport.az saytın verdiyi xəbərə görə, o, komandamızın 0:1 hesabıyla uduzduğu oyunla bağlı bunları dilə gətirib:

“Öncə Türkiyəni təbrik edirəm. Onlar pley-offa çıxmağa layiq idilər. Çox yaxşı komandadı. Onlar bu gün ustalıq səviyyəsinə görə qalib gəldilər. Bu gün onların iki rəqibi vardı – Azərbaycan və təzyiq. Amma türklər göstərdilər ki, onlar hətta belə olan halda da futbol oynaya bilirlər. İstərdim ki, mənim komandam da belə təzyiq altında oynamağı bacarsınlar. Biz kompakt oyun sərgilədik. Sadəcə, əks-hücumlarımızdan yararlana bilmədik. Məhz bundan narazı qaldım”.

"İlk yarıda Əfran özünü göstərə bilmədi. Gözləyirdim ki, Elşən Məmmədov daha yaxşı oynayar. Çünki o, daha təcrübəliydi. Amma olmadı. Bütün tsiklə gəlincə, təbii ki, mən nəticəmizdən narazıyam. Biz daha çox xal toplaya bilərdik. Səfər oyunlarında biz rəqiblərimizə çox hədiyyələr etdik. Təkcə əlavə olunan dəqiqələrdə 7 qol buraxdıq. Nə vaxt uduzuruqsa, problemlərimiz olur. Amma sırf Türkiyə ilə oyuna görə komandamı tənqid edə bilmərəm. Öz işimizi gördük. Baxmayaraq ki, qolu da öz səhvimizdən buraxdıq".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR