Bank Of Baku

Türkiyə yığması “Avro-2012”-in “pley-off” oyunlarında güclü rəqiblə üzləşəcək

Türkiyə yığması “Avro-2012”-in “pley-off” oyunlarında güclü rəqiblə üzləşəcək
# 12 oktyabr 2011 09:24 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Xorvatiya, Portuqaliya, İrlandiya, Çexiya yığmaları əmsalları yüksək olduğuna görə səpələnmiş, Türkiyə, Bosniya və Herseqovina, Çernoqoriya, Estoniya milli komandaları onlarla müqayisədə reytinqləri aşağı olduğuna görə səpələnməmişlər arasına düşüb. Bununla da, “ay-ulduzlular”ın “pley-off”da güclü rəqiblə düşəcəyini demək olar. Püşkatma sabah Polşanın Krakov şəhərində keçiriləcək.

Qeyd edək ki, Almaniya, Rusiya, İngiltərə, İtaliya, İspaniya, Danimarka, Hollandiya, Fransa, Yunanıstan yığması qrup qalibləri, İsveç millisi ən yaxşı 2-ci yerə malik komanda kimi final mərhələsinə çıxıb. Orada iştirak edəcək daha 2 yığma isə təşkilatçı kimi birbaşa belə hüququ qazanan Polşa və Ukraynadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR