Bank Of Baku

Avro-2012-nin seçmə mərhələsinin bombardiri müəyyənləşib

Avro-2012-nin seçmə mərhələsinin bombardiri müəyyənləşib
# 12 oktyabr 2011 09:41 (UTC +04:00)
Bakı – APA. Avro-2012-nin seçmə mərhələsinin bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Hollandiya milli komandasının hücumçusu Yan Huntelaar ən məhsuldar futbolçu adına layiq görülüb.
“Şalke”nin hücumçusu seçmə mərhələdə 12 qol vuraraq, hamanı qabaqlayıb. Onun ən yaxın izləyiciləri almaniyalı Miroslav Klove (9 qol) və ispaniyalı David Vilya (7 qol) olub.
Huntelaar həmçinin, seçmə mərhələdə qapıya ən çox zərbə vuran oyunçu da olub (20 dəfə). Vilyanın da bu qədər zərbə vurmasına baxmayaraq, o eyni zamanda qeyri-dəqiqliyi ilə də fərqlənib (18 dəfə).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR