Bank Of Baku

Türkiyəli məşqçi: “İki həyat yoldaşım var, ikisini də çox sevirəm”

Türkiyəli məşqçi: “İki həyat yoldaşım var, ikisini də çox sevirəm”
# 13 oktyabr 2011 11:34 (UTC +04:00)
Bakı – APA. Tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, TV8 telekanalında yayımlanan “Belə bir şey varmı?” proqramının qonağı olan 58 yaşlı məşqçi 2 həyat yoldaşının olduğunu söyləyib.

Emosional hərəkətləri ilə seçilən Vural bildirib ki, xanımları onun evliliklərindən xəbərdardır və heç bir problem yaşamır: “2 həyat yoldaşım var, biri Almaniya, biri də İstanbulda yaşayır. Çox yaxşı qadınlardır. Heç birindən vaz keçə bilmədim. İkisini də çox sevirəm. Bir-birlərini heç qısqanmazlar, bir-biri ilə yaxşı davranırlar. Birlikdə gözəl həyat keçirik”.

Qeyd edək ki, Almaniyada yaşayan İsmət Vural məşqçinin 30 illik həyat yoldaşıdır. Onların 25 və 22 yaşlı iki oğlanlar var. 40 yaşlı Səda Şahin isə Vuralın 10 illik sevgilisidir.

O, 14 ay öncə oğlan anası olub. Vural bildirib ki, doğumdan sonra Almaniyadakı həyat yoldaşı Türkiyədəkini telefonla arayaraq, təbrik edib, hətta ona hədiyyə də yollayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR