Bank Of Baku

Türkiyə futbol yığmasının pley-off mərhələsindəki rəqibi müəyyənləşdi

Türkiyə futbol yığmasının pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
# 13 oktyabr 2011 13:35 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Türkiyənin bəxtinə Xorvatiya yığması düşüb.

Bu komandalar Avro-2008-in 1/4 final mərhələsində görüşmüş və onda “ay-ulduzlular” oyun sonrası penaltilər seriyasında qalib gəlmişdi. Püşkə əsasən Türkiyə ilk oyunu öz meydanında keçirəcək.

Bosniya və Herseqovina ilə Portuqaliya DÇ-2010-da olduğu kimi, yenə də pley-offda görüşəcəklər. Bosniyalılar 2 il öncə uduzduğundan, bunun əvəzini çıxmaq imkanı qazansalar da, rəqibin güclü olması işini çətinləşdirir.

Postsovet məkanının pley-offda yeganə təmsilçisi Estoniya yığması ardıcıl 2-ci dəfə bu mərhələdə iştirak edən, DÇ-2010-dan haqsızlıq üzündən kənarda qalan İrlandiya millisinə rəqib oldu. İlk dəfə mötəbər turnirlərin final mərhələsinə düşmək imkanı qazanan Çernoqoriyanın Çexiya ilə mübarizəsində şanslarını bərabər saymaq olar.

Pley-off mərhələsinin cütləri

Türkiyə - Xorvatiya
Estoniya - İrlandiya
Çexiya - Çernoqoriya
Bosniya - Herseqovina - Portuqaliya

Qeyd edək ki, pley-off oyunları noyabrın 11-12-də və 15-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR