Bank Of Baku

Azərbaycan yığmasının cari seçmə mərhələdə Bakıda keçirdiyi oyunları 83770 azarkeş izləyib

Azərbaycan yığmasının cari seçmə mərhələdə Bakıda keçirdiyi oyunları 83770 azarkeş izləyib
# 14 oktyabr 2011 13:58 (UTC +04:00)
Bakı – APA. Avro-2012-nin seçmə mərhələsinin oyunlarını stadiondan 5 milyona yaxın azarkeş izləyib. Apasport.az saytının məlumatına görə, baş tutan 239 qarşılaşmada 4 milyon 920 min 71 seyrçi qeydə alınıb. Bu isə hər matçda orta hesabla 20586 tamaşaçının olmasını göstərir.

Azərbaycan yığmasının 5 ev oyununu ümumilikdə 83770 tamaşaçı izləyib. Bu rəqəmin daha böyük olmamasında Avstriya ilə son ev matçının Respublika stadionunda deyil, təxminən 5 dəfə kiçik “Dalğa Arena”da keçirilməsinin də rolu böyükdür. Bu üzdən orta tamaşaçı sayı 16754 olub. Hərçənd, son matç öncəsi bu rəqəm təxminən 3 min nəfər artıq idi.

Bu göstərici millimizə seçmə mərhələdə 25-ci olmaq imkanı verib. Pley-off iştirakçılarından Çexiya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Estoniya da yığmamızdan geri qalıb.

Qeyd edək ki, seçmə mərhələdə ən çox tamaşaçı toplayan yığma İngiltərədir. Dünya və Avropa çempionu İspaniyanın az qala Azərbaycan yığması səviyyəsində olması isə matçlarının kiçik şəhərlərin stadionlarında oynamasıdır. Onlar rəqiblərini Salamanka, Qranada, Loqrono və Alikante şəhərlərində qəbul ediblər.

yer 

Milli komanda 

Tamaşaçı sayı 

oyun 

Orta hesabla 

İngiltərə 

308 464 

77 116 

Fransa

324 110 

64 822 

Almaniya

267 640 

53 528 

Şotlandiya 

174 007 

43 502 

Türkiyə

213 420 

42 684 

Hollandiya

204 926 

40 985 

İrlandiya 

204 574 

40 915

Avstriya

189 000 

37 800 

Belçika 

174 285 

34 857 

10 

Rusiya

164 385 

32 877 

11 

Gürcüstan 

160 746 

32 149 

12 

Portuqaliya 

119 761 

29 940 

13 

İsveç

144 125 

28 825 

14 

Rumıniya 

113 723 

28 431 

15 

Danimarka 

109 629 

27 407 

16 

Uels 

103 531

25 883 

17 

Norveç 

85 234 

21 309 

18 

İsveçrə 

100 317 

20 063 

19 

Belarus  

97 854 

19 571 

20 

İspaniya 

76 320 

19 080 

21 

İtaliya 

76 180 

19 045 

22 

Macarıstan 

92 291 

18 458 

23 

İsrail

88 403 

17 681 

24 

Yunanıstan 

87 195 

17 439 

25 

AZƏRBAYCAN

83 770 

16 754 

26 

Xorvatiya 

83 457 

16 691 

27 

Finlandiya

80 617 

16 123 

28 

Serbiya

78 878 

15 776 

29 

Bosniya və Herseqovina

74 000 

14 800 

30 

Şimali İrlandiya

70 335 

14 067 

31 

Sloveniya 

68 868 

13 774 

32 

Çexiya 

52 360 

13 090 

33 

Qazaxıstan

63 300 

12 660 

34 

Bolqarıstan 

47 972 

11 993 

35 

Makedoniya

58 100 

11 620 

36 

Ermənistan 

57 903 

11 581 

37 

Albaniya

56 646 

11 329 

38 

Monteneqro 

41 032 

10 258 

39 

Moldova  

48 334 

9 667 

40 

Slovakiya

38 497 

7 699 

41 

İslandiya 

28 800 

7 200 

42 

Kipr

27 588 

6 897 

43 

Estoniya

33 637 

6 727 

44 

Malta  

30 624 

6 125 

45 

Latviya

27 807 

5 561 

46 

Litva

21 928 

5 482 

47 

Lüksemburq

22 180 

4 436 

48 

Lixtenşteyn

16 177 

4 044 

49 

Farer adaları

12 111 

2 422 

50 

San-Marino

10 920 

2 184 

51 

 Andorra

4 110 

822 

 

CƏMİ 

4 920 071 

239 

20 586

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR