Bank Of Baku

Millimizin futbolçusu: Mən Rusiya yığmasında oynamaq istəyirəm

Millimizin futbolçusu: Mən Rusiya yığmasında oynamaq istəyirəm
# 20 oktyabr 2011 10:53 (UTC +04:00)
Bakı – APA. “Skandinaviyada elit mərhələyə çıxmaq üçün real şansımız vardı, ancaq bəxt bizə kömək olmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının futbolçusu Şamil Qurbanov deyib.

Rusiyanın “Volqa” klubunun müdafiəçisi yığmamızın heyətində İsveçdə keçirilən seçmə mərhələ oyunlarında iştirak etdi. Taleyimizin həll olunduğu İtaliya ilə son qrup oyununu xatırlayan Şamil növbəti mərhələyə çıxmaq şansımızı əldən buraxdığımıza üzülür: “İtaliya ilə həlledici oyunun 93-cü dəqiqəsində üzücü qol buraxdıq. Bununla da mübarizəni davam etdirmək imkanından məhrum olduq. Hərçənd səfər xoş təəssüratlar yadda qaldı. Mən digər ölkələrin yığma komandaları ilə oynadığımıza görə şadam. Avropa oyunçularının hazırlıq səviyyəsini qiymətləndirdim. Çoxlu faydalı informasiya götürdüm. Ümumilikdə götürdükdə, pis çıxış etdik”.

Yığmadakı gələcək taleyinə toxunan Qurbanov Azərbaycanda çıxışını davam etdirməyi yox, doğulub, boya çatdığı Rusiyanı seçmək istədiyini bildirib: “İndi məni Azərbaycanın olimpiya yığmasına çağırırlar. Ola bilər ki, yoldaşlıq görüşlərində iştirak etdik. Ancaq mən sona kimi getmək istəyirəm. Oynadığım ölkədə - Rusiyada çıxış etmək istəyirəm! Mənə belə böyük etimad göstərdiklərinə çox minnətdaram. Azərbaycan komandasına kömək etməyə şad idim. Ancaq hələ gələcəyimi ehtimal etmək istəmirəm. Əlbəttə, dəqiq seçim etməli olsam, onda valideynlərim, baş məşqçim Maqomed Adiyevlə məsləhətləşəcəyəm. Ancaq hələlik Rusiya yığmasından dəvət gözləyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR